Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Nyu-Yorkda 13 gün davam edən şaxta: 18 ölü

10 Fevral 2026, 23:11 Hadisə 10 baxış
Nyu-Yorkda 13 gün davam edən şaxta: 18 ölü

Nyu-York şəhərinin meri Zohran Mamdani yanvar ayının sonlarından etibarən şəhər ərazisində müşahidə olunan kəskin soyuqlar səbəbindən 18 nəfərin həyatını itirdiyini açıqlayıb.

Xəbərin.az xəbər verir ki, güclü qar yağışı və aşağı temperatur səbəbilə ötən həftəsonu daha bir nəfər ölüb. Zohran Mamdani bildirib ki, Nyu-Yorkda son dövrdə 13 gün ərzində havanın temperaturu sıfır dərəcə və daha aşağı səviyyədə olub və bu vəziyyət ölüm hallarının artmasına səbəb olub.

Mamdani həmçinin 19 yanvar tarixindən bu yana 1400 evsizin sığınacaqlara yerləşdirildiyini qeyd edib və əlavə edib:
“İtirilən hər bir həyat faciədir”.