Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Şamaxıda “Niva” ağaca çırpıldı: 1 nəfər öldü

10 Fevral 2026, 21:36 Hadisə 15 baxış
Şamaxıda “Niva” ağaca çırpıldı: 1 nəfər öldü

Şamaxıda avtomobilin ağaca çırpılması nəticəsində sərnişinlərdən biri ölüb. 

Xəbərin.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. 

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır bədən xəsarətləri alıb və o xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.