Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Neftçi” bu il ilk transferini həyata keçirib

10 Fevral 2026, 21:25 İdman 16 baxış
“Neftçi” bu il ilk transferini həyata keçirib

Xəbərin.az məlumat verir ki, Braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı futbolçu ilə 2.5 illik müqavilə bağlanıb.

Sonuncu klubu “Etnikos” (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.

O, 2024-cü ilin yayından çıxış etdiyi “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.