Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Şamaxıda yol qəzası olub, ölən var

10 Fevral 2026, 20:53 Hadisə 12 baxış
Şamaxıda yol qəzası olub, ölən var

Şamaxıda avtomobilin ağaca çırpılması nəticəsində sərnişinlərdən biri ölüb.

Xəbərin.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır bədən xəsarətləri alıb və o xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.