Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq

10 Fevral 2026, 20:49 Gündəm 12 baxış
Azərbaycan və ABŞ humanitar minatəmizlənmə sahəsində əməkdaşlığı artıracaq

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Xəbərin.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada öz əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.