Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycan və ABŞ mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədir

10 Fevral 2026, 20:44 Gündəm 11 baxış
Azərbaycan və ABŞ mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədir

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər.

Xəbərin.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada öz əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.