Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində təbiətə vurulan zərərlə bağlı araşdırmalara başlanılıb.
Xəbərin.az xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağac kəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində meşəlik ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar yayılıb.