Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rusiya Teleqramın istifadəsini məhdudlaşdırır

10 Fevral 2026, 15:16 Hadisə 13 baxış
Rusiya Teleqramın istifadəsini məhdudlaşdırır

Rusiya hakimiyyət orqanları ölkədə Teleqram messencerinin fəaliyyətini məhdudlaşdırmaq üçün hərəkətə keçmək qərarına gəlib.

Xəbərin.az xəbər verir ki, bu barədə RBK iki mənbəyə istinadla məlumat yayıb.

“Bu gündən etibarən, “Roskomnadzor” tətbiqin fəaliyyətini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır”, - mənbə bildirib.

Başqa bir mənbə isə nəşrə vurğulayıb ki, Teleqramın işini yavaşlatmaq üçün tədbirlər artıq görülür.