Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Cek Qriliş mövsümü bağladı

10 Fevral 2026, 14:16 İdman 14 baxış
Cek Qriliş mövsümü bağladı

"Everton"un futbolçusu Cek Qriliş əməliyyat olunub.

Xəbərin.az xəbər verir ki, ingiltərəli vinger bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Bir müddət əvvəl zədə alan Qriliş ayğında olan sınığa görə əməliyyat olunub. 30 yaşlı oyunçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Bunu komandanın baş məşqçisi Devid Moyes yerli mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü Mersisayd təmsilçisinin heyətində 22 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.