Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
Xəbərin.az xəbər verir ki, dünən Türkiyədə vəfat edən Fəzail Ağamalı ilə Heydər Məscidində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri,
yaxınları iştirak edirlər.
F.Ağamalının nəşi Ramana
qəbiristanlığında dəfn olunacaq.
***
Milli
Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə
vida mərasimi başa çatıb.
Mərhumun cənazəsi dəfn olunması üçün
Sabunçu rayonu Ramana qəbiristanlığına aparılır.
***
Milli
Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı
dəfn edilib.
Mərhumun nəşi Sabunçu rayonu Ramana qəbiristanlığına torpağa tapşırılıb.