Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Mourinyo Portuqaliya millisinə keçir?

10 Fevral 2026, 13:23 İdman 12 baxış
Mourinyo Portuqaliya millisinə keçir?

Portuqaliya millisinin yeni baş məşqçisi "Benfika"nın çalışdırıcısı Joze Mourinyo ola bilər.

Xəbərin.az ESPN-iə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası hazırda millini çalışdıran Roberto Martinesin müqaviləsi başa çatdıqdan sonra Joze Mourinyoya təklif göndərməyi planlaşdırır.

Roberto Martinesin Portuqaliya millisi ilə müqaviləsi 31 iyul 2026-cı ilə qədər qüvvədədir. 63 yaşlı Joze Mourinyonun klubla müqaviləsi isə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Roberto Martinesin rəhbərliyi altında Portuqaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış edib. Komanda F qrupunda 6 oyunda 13 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, Portuqaliya millisi ardıcıl 7-ci dəfə dünya çempionatına vəsiqə qazanıb. 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.