Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ankarada ailə qətliamı: Ata 3 nəfəri öldürüb intihar etdi

10 Fevral 2026, 00:36 Hadisə 12 baxış
Ankarada ailə qətliamı: Ata 3 nəfəri öldürüb intihar etdi

Ankarada baş verən dəhşətli hadisə nəticəsində bir nəfər anasını, azyaşlı qızını və boşanma mərhələsində olduğu həyat yoldaşını silahla öldürdükdən sonra intihar edib.

Xəbərin.az xəbər verir ki, hadisə Keçiören rayonunun Kuşcağız məhəlləsində qeydə alınıb. İlkin məlumata görə, naməlum səbəbdən əsəb böhranı keçirən 35 yaşlı Rəcəb Cəngiz, anası Azizə Cəngizi və 8 yaşlı qızı Azra Cəngizi tapança ilə güllələyərək qətlə yetirib.

Şəxs daha sonra anası və qızının cəsədlərini yüngül kommersiya avtomobilinin baqajına yerləşdirərək, boşanma prosesində olduğu həyat yoldaşı Beyzanur Cəngizin yaşadığı ünvana gedib.

İddialara görə, başında dəbilqə olan və kuryer qiyafəsində evə daxil olan Rəcəb Cəngiz həyat yoldaşını da silahla qətlə yetirib. Daha sonra eyni tapança ilə özünə atəş açaraq intihar edib.

Silah səslərini eşidən sakinlərin məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Aparılan ilkin araşdırmalardan sonra cəsədlər Keçiören Məhkəmə-Tibb Ekspertizası İdarəsinə göndərilib.

Məlumata görə, hadisəni törədən şəxs 2025-ci ilin dekabr ayında həbsxanadan məzuniyyətlə azadlığa buraxılıb. Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.