Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bir hekayənin sonu: NEYMAR KARYERASINI BİTİRİR?

10 Fevral 2026, 00:23 İdman 12 baxış
Bir hekayənin sonu: NEYMAR KARYERASINI BİTİRİR?

"Santos"un futbolçusu Neymar karyerasını bitirməyə hazırlaşır.

Xəbərin.az xəbər verir ki, braziliyalı artıq futbol həyatını sonlandırmağı planlaşdırır.

O, Braziliya millisi ilə yayda keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır. Bu reallaşmasa, vinger karyerasını davam etdirməyəcək.

2023-cü ildəın milli komandaya çağırılmayan Neymar yeni baş məşqçi Karlo Ançelottinin onu heyətə daxil edəcəyini düşünür.

"Barselona", PSJ və "Əl-Hilal"ın şərəfini qorumuş futbolçu yığmanın heyətində 128 oyunda 79 qol vurub. Bu rəqəm Braziliya tarixinin rekordudur.