Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Kərəm Aktürkoğlu: “Ümid edirəm mövsümün sonunda azarkeşlərimizə çempionluq bəxş edərik”

09 Fevral 2026, 23:39 İdman 12 baxış
Kərəm Aktürkoğlu: “Ümid edirəm mövsümün sonunda azarkeşlərimizə çempionluq bəxş edərik”

“Fənərbağça”nın təcrübəli futbolçusu Kərəm Aktürkoğlu, “Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Xəbərin.az xəbər verir ki, Super Liqanın 21-ci turunda “Natura Dünyası Gənclərbirliyi”ni doğma meydanda qəbul edən sarı-lacivərtlilər rəqibini 3 qolla məğlub edərək 3 xal qazanıb.

Görüşdə 2 qol vuran Kərəm Aktürkoğlu oyundan sonra bunları deyib:

“Qol vurmaq və hesabda pay sahibi olmaq çox gözəldir. Bütün hücum oyunçuları kimi mən də komandama töhfə vermək istəyirəm. Son vaxtlar qol və məhsuldarlıq baxımından çətinliklər yaşamışdım. Əsas olan hər vəziyyətdə komandaya fayda verə bilməkdir, amma həyatda hər şey həmişə istədiyimiz kimi getmir. ‘Fənərbağça’ azarkeşləri bu günə qədər dəstəyini daim hiss etdirib. Bu dəstəyə layiq cavab vermək istəyirdim. Bu gün isə qismət oldu, 2 qol vurdum. Ümid edirəm ki, mövsümün sonunda azarkeşlərimizə layiq olduqları çempionluğu hədiyyə edərik.”

Qeyd edək ki, Kərəm Aktürkoğlu bu mövsüm ‘Fənərbağça’ forması ilə bu mövsüm 26 oyuna 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.