Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Nikol Paşinyan: Ermənistan ABŞ-dan PUA-lar alıb

09 Fevral 2026, 22:43 Ölkə 10 baxış
Nikol Paşinyan: Ermənistan ABŞ-dan PUA-lar alıb

Ermənistanla ABŞ hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində əhəmiyyətli irəliləyiş əldə etmişik.

Xəbərin.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə birgə keçirilən mətbuat konfransında bildirib.

“Uzunmüddətli təhlükəsizlik əməkdaşlığı və üç illik “Qartal tərəfdaşı” təlimləri çərçivəsində Ermənistan ABŞ-dan V-BAT PUA-larını əldə edib ki, onların effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub və bu, müdafiə qabiliyyətimizi əhəmiyyətli dərəcədə gücləndirəcək.

Ümid edirəm ki, ABŞ-ın Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçirilən bu razılaşma əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas olacaq”, - deyə Paşinyan qeyd edib.