Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Son dövrlərdə toyuq qanadlarının həddindən artıq yeyilməsi sağlamlıq üçün risk yaradır

09 Fevral 2026, 22:10 Sağlamlıq 26 baxış
Son dövrlərdə toyuq qanadlarının həddindən artıq yeyilməsi sağlamlıq üçün risk yaradır

Xəbərin.az xəbər verir kison dövrlərdə fast-food məhsullarına marağın artması ilə əlaqədar olaraq toyuq qanadlarının istehlakı da xeyli çoxalıb. Mütəxəssislər isə bu cür qidaların normadan artıq yeyilməsinin sağlamlıq üçün risk yaratdığını bildirirlər.

Məlumata görə, toyuq qanadları əsasən dərisi ilə birlikdə istehlak olunur və bu da onların yağ və kalori miqdarını artırır. Nəticədə artıq çəki, xolesterinin yüksəlməsi və ürək-damar sistemi ilə bağlı problemlər yarana bilər.

Qeyd olunur ki, xüsusilə qızardılmış toyuq qanadları yüksək miqdarda yağ və duz ehtiva edir. Bu isə qan təzyiqinin artmasına, eləcə də mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər.

Mütəxəssislər balanslı qidalanmaya riayət etməyi, yağlı və qızardılmış qidaların istehlakını azaltmağı tövsiyə edirlər. Bildirilir ki, toyuq məhsullarının sobada və ya qaynadılaraq hazırlanması daha sağlam hesab olunur.