Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Barselona"da gözlənilməz qərar: Laporta prezident olmayacaq

09 Fevral 2026, 21:28 İdman 10 baxış
"Barselona"da gözlənilməz qərar: Laporta prezident olmayacaq

"Barselona"nın prezidenti dəyişə bilər.

Xəbərin.az xəbər verir ki, Xuan Laporta yeni seçkilərdə iştirak etməyəcəyini bildirib.

O, 15 mart tarixində keçiriləcək səsvermədə təmsil olunmayacaq.

Rafa Yuste 30 iyun tarixinə qədər "Barselona"nın yeni siması olacaq. O, yeni direktorlar şurası formalaşana qədər prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, Laporta iki dəfə klub prezidenti seçilib. O, 2003-10 və 2021-26-cı illərdə kataloniyalılara rəhbərlik edib.