Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Erman Toroğlu üçün istintaq başladılıb

09 Fevral 2026, 18:06 İdman 13 baxış
Erman Toroğlu üçün istintaq başladılıb

Türkiyəli futbol şərhçisi, sabiq hakim Erman Toroğlu istintaqa çağırılıb.

Xəbərin.az xəbər verir ki, bu barədə “Milliyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, onun barəsində efirdə səsləndirdiyi fikirlərə görə istintaq başladılıb.

Toroğlu dezinformasiya yaymaqda ittiham olunur.

Qeyd edək ki, sabiq hakimin istintağa çağırılmasına səbəb efir zamanı "Qalatasaray"ın prezidenti Dursun Özbəklə bağlı fikirləri olub. İddia olunur ki, Toroğlu efirdə “D.Özbək Türkiyə Futbol Federasiyasının prezidenti ilə gizli görüşündə "Biz bu il çempion olmağa məcburuq, vəziyyət çox pisdir, bizə kömək ol" deyib" ifadəsini işlətdiyi üçün haqqında araşdırma aparılır.