"Zenit" kolumbiyalı hücumçu Con Duranı heyətinə qatıb.
Xəbərin.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan mövsümün sonuna qədər icarəyə götürüb. Razılaşmada satınalma opsiyasının olub-olmaması açıqlanmayıb.
Con Duran "Əl-Nəsr"in futbolçusudur. Klub onu 2025-ci ilin yanvarında İngiltərənin Aston Villasından 77 milyon avroya transfer etmişdi. 2025/26 mövsümünün ilk yarısını Duran "Fənərbaxça"da icarədə keçirib.
Rusiyanın çempionatında 18 turdan sonra "Zenit" 39 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.