Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Naxçıvanın Baş naziri vəzifəsinə yeni təyinat

09 Fevral 2026, 16:00 Ölkə 10 baxış
Naxçıvanın Baş naziri vəzifəsinə yeni təyinat

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Cabbar Musayev kollektivə təqdim edilib.

Xəbərin.az xəbər verir ki, təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.

Nazirlər Kabinetinin kollektivinə təqdim edilən Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır.