Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ermənistanda əsgər döyülüb

09 Fevral 2026, 15:25 Hadisə 5 baxış
Ermənistanda əsgər döyülüb

İrəvanın Nubaraşen rayonundakı hərbi hissəyə bitişik ərazidə müqaviləli hərbçinin vəhşicəsinə döyülməsi ilə bağlı cinayət işi başlanıb.

Xəbərin.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin açıqlamasına görə, faktla bağlı ilkin araşdırma aparılır.

Xatırladaq ki, 5 fevralda İrəvanın Nubaraşen rayonundakı hərbi hissəyə bitişik ərazidə vəhşicəsinə döyülən hərbçi ağır vəziyyətdə hospitala aparılıb.
Xəstəxanaya aparılan əsgər Kotayk bölgəsindən olan 24 yaşlı Avetik M.-dir.