Yüksək
vəzifəli rəsmilər arasında danışıqlardan sonra Azərbaycan və İran quru sərhədi
boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edir.
Xəbərin.az xəbər verir ki,
bunu İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil
bölgəsindən olan parlament üzvləri ilə görüşündə deyib.
Nazir bildirib ki, İran Prezidenti
Məsud Pezeşkianla birlikdə Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti
İlham Əliyev sərhəddəki vəziyyətə reaksiya ilə bağlı müsbət vədlər verib.
Qeyd edək ki, Azərbaycanın quru
sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.