Amerikalı
milyarder İlon Mask maliyyəçi Ceffri Epşteynə qarşı işdə ifadə vermək və
günahkarların adını çəkmək istəyən hər kəsin hüquqi müdafiəsi üçün pul ödəməyə
hazır olduğunu açıqlayıb.
Xəbərin.az xəbər
verir ki, bu barədə Mask özünün X səhifəsində yazıb.
“Bu işdə həqiqəti deyən və buna görə
məsuliyyət daşıyan hər kəsin müdafiəsi üçün pul ödəyəcəyəm”, - o qeyd edib.
Qeyd edək ki, Epşteyn işi ilə bağlı
materiallarda Maskın da adı çəkilir.