İspaniyanın “Carrusel Deportivo” nəşrinin futbol
eksperti Rafa Alkorta “Real”ın türkiyəli futbolçusu Arda Gülər haqqında
sərt fikirlər səsləndirib.
Xəbərin.az “Fanatik”ə
istinadən xəbər verir ki, o, gənc yarımmüdafiəçinin oyun tempinə təsir göstərə
bilmədiyini deyib.
“Bura Türkiyə çempionatı deyil. “Real”ın səviyyəsi
tamam fərqlidir. Fiziki mübarizələrdə zəifdir, hazırda Madrid təmsilçisinin
əsas heyəti üçün yetərli səviyyədə deyil”, - şərhçi bildirib.
Alkorta həmçinin qeyd edib ki, futbolçu
istedadlıdır, lakin bu səviyyəyə uyğunlaşmaq üçün vaxta ehtiyacı var.
Qeyd edək ki, A.Gülər bu mövsüm “Real” forması ilə 35
oyuna çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə edib.