Azərbaycanda
fevralın 10-da qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya
Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi
yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün
ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb
küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz
1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə
sütununa yüksələcək. Nisbi rütubət 80-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi
yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda
gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.