Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini
Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib.
Xəbərin.az xəbər verir ki,
bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə
əsasən, Mehdi Kamal oğlu Abdullayev Bələdiyyələrlə iş baş idarəsinin rəis
müavini vəzifəsindən öz arzusu ilə azad edilib.
Qeyd
edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl
isə Nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini
vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan
M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayevin müşaviri vəzifəsində işləyib.
Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın vitse-prezidenti vəzifələrini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyevanın oğludur.