"Qarabağ"
Elvin Cəfərquliyevi komandada saxlamaq üçün hərəkətə keçib.
Xəbərin.az İdmanxeber.az-a
istinadən xəbər verir ki, Ağdam təmsilçisi bir neçə klubdan təklifi olan
futbolçunu buraxmaq niyyətində deyil.
Qurban Qurbanovun komandada qalmasını
istədiyi oyunçuya yüksək maaşla yeni sözləşmə təklif edilib.
Belə ki, "Qarabağ"
rəhbərliyi millimizin üzvünə illik 400 min dollar (680 min manat) əməkhaqqı ilə
sözləşmə təklif edib. Bunun ardından, müdafiəçi Avropa klublarından gələn
təklifləri kənara atıb.
Onun yüksək ehtimalla
"Qarabağ"da qalacağı gözlənilir.
Xatırladaq ki, 25 yaşlı müdafiəçinin klubu ilə müqaviləsi bu
ilin yayında bitir. O, cari mövsüm "Qarabağ" forması ilə bütün
turnirlərdə 30 oyunda meydana çıxıb və 4 assist edib.