Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr,
Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Xəbərin.az məlumat
verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə
üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy
Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”,
“Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”,
“J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell
International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions”
şirkətlərinin rəhbər şəxsləri daxildir.