Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Real Madrid" çətin səfərdən qələbə ilə qayıdıb

09 Fevral 2026, 02:04 İdman 15 baxış
"Real Madrid" çətin səfərdən qələbə ilə qayıdıb

İspaniya liqasında 23-cü turun oyunları keçirilir.

"Kral klubu" səfərdə "Valensiya"nı 2:0 hesabı ilə məğlub edərək çempionluq iddialarına davam edib. Alvaro Karreras və Kilian Mbappe qolların müəllifi olublar.

Qeyd edək ki, liqada 1-ci yerdə məskunlaşan "Barselona" ilə "Real Madrid" arasında 1 xal fərq var.

Emil Həsənov