Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

09 Fevral 2026, 01:11 Hadisə 11 baxış
Hərbçilərimiz qəzaya düşdü: ölən və yaralananlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərin.az-ın "Unikal"a istinadən verdiyi məlumata görə, hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sucəddin Tacəddin oğlu Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini - İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Vəfadar oğlu Mustafayev hadisə yerinə ölüb.

Sürücü və sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Eyvaz oğlu Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Vüqar oğlu Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.