6 fevral 2023-cü ildə Kahramanmaraşda
baş verən zəlzələdə 12 yaşlı qızını itirən Gültən Sarıgül, üç il sonra eyni
gündə və eyni saatda yeni övladını dünyaya gətirib.
Xəbərin.az məlumat
verir ki, dünən Malatya Təlim və Araşdırma Xəstəxanasında oğlan uşağı dünyaya
gətirən 37 yaşlı Gülten Sarıgül, 6 fevral zəlzələsində Çavuşoğlu məhəlləsindəki
evlərinin dağıldığını və özünün, ərinin və üç uşağının dağıntılar altında
qaldığını deyib.
O, dağıntılar altından qruplar
tərəfindən xilas edildiyini, lakin 12 yaşlı qızı İkranurun cansız bədəninin
səhər saat 10:30 radələrində tapıldığını bildirib. Sarıgül qızını itirdiyi gün
və saatda yeni övladını qucağına alıb.
"6 fevralda Allah bizə oğlumuzu nəsib etdi. Beşmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdıq. Qızımın ölümünün ildönümü idi, amma qəbiristanlığa gedə bilmədik. Bu gün xoşbəxt, sevincli və eyni zamanda kədərliyik", - deyə Gültən bildirib.