Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Prezident dərman saytı yaratdı

09 Fevral 2026, 00:04 Dünya 19 baxış
Prezident dərman saytı yaratdı

ABŞ Prezidenti Donald Tramp dərmanlara endirim təklif edən və "TrampRx" adlandıran veb sayt yaradıb. 

Xəbərin.az məlumat verir ki, sayt dərman satmasa da, reseptli həbləri tapa və endirim kuponunu yükləməklə nə qədər qənaət edə biləcəyinizi öyrənə bilərsiniz.

Saytın istifadəyə verildiyi vaxtda arıqlama dərmanları da daxil olmaqla təxminən 40 preparat mövcud olub.  

Bir sıra ABŞ əczaçılıq şirkətlərinin artıq məhsullarını "TrampRx" vasitəsilə endirimlə təklif etməyə razılaşdıqları bildirilir.

Qeyd edək ki, ABŞ dərmanların ən bahalı bazarlarından biri hesab olunur.