Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

08 Fevral 2026, 23:59 Hadisə 11 baxış
 Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Bu gün “Virgin Atlantic” aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.

Xəbərin.az "Unikal"a istinadən xəbər verir ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 21:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib. Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.