Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Qubada paytaxt salatından kütləvi zəhərlənmə oldu

08 Fevral 2026, 19:15 Hadisə 17 baxış
Qubada paytaxt salatından kütləvi zəhərlənmə oldu

Xəbərin.az Unikal-a istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qonağlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qidadan zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Onların "Paytaxt" salatından zəhərləndikləri ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır.