Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Konate “Real” yolunda

08 Fevral 2026, 13:19 İdman 9 baxış
Konate “Real” yolunda

“Liverpul”un mərkəz müdafiəçisi İbraima Konate karyerasını "Real"da davam etdirə bilər.

Xəbərin.az xəbər verir ki, insayder Nikolo Skira “Real”ın 26 yaşlı fransız futbolçuya rəsmi təklif göndərdiyini bildirib.

Madrid klubu Konate ilə 2031-ci ilin yayına qədər müqavilə imzalamaqda maraqlıdır. “Kral klubu” futbolçunu bu yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Konatenin “Liverpul”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir. Daha əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyişin olmadığı bildirilmişdi.

Qeyd edək ki, Konate bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 2 qol vurub.