Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ukrayna ordusu hücuma hazırlaşır

08 Fevral 2026, 12:52 Ölkə 7 baxış
Ukrayna ordusu hücuma hazırlaşır

Briqadaların və hərbi qruplaşmaların rotasiyası onu göstərir ki, Ukrayna ordusu Belqorod vilayətinə daxil olmağa hazırlaşır.

Xəbərin.az xəbər verir ki, bu iddia ilə politoloq Kamran Cəfərov çıxış edib.

O xatırladıb ki, bir neçə gündür Belqorodun kütləvi bombardmana məruz qalması təsadüf deyil.

Ekspertin fikrincə, ukraynalı mütəxəssislər Rusiya ordusunda rabitə ilə bağlı yaranan problemlərdən istifadə etməyə çalışırlar.

Qeyd edək ki, Rusiya ordusu üçün Ukrayna ərazisində “Starlink” peyk xidmətinə çıxış bloklanıb, nəticədə rus bölmələri arasında rabitə pozulub, dəqiq zərbələr endirmək çətinləşib, xaotiklik yaranıb.