Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

07 Fevral 2026, 23:50 İdman 17 baxış
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.

Xəbərin.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.

Məlumata görə, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində 31 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.