Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Real Madridin sabiq ulduzu Manolin Bueno həyatını itirdi

07 Fevral 2026, 23:48 İdman 11 baxış
Real Madridin sabiq ulduzu Manolin Bueno həyatını itirdi

Real Madrid və İspaniya futbolunun əfsanəvi simalarından olan sabiq futbolçu Manolin Bueno 86 yaşında vəfat edib.

Xəbərin.az məlumat verir ki, Real Madrid klubunun rəsmi internet saytında yayımlanan açıqlamada Bueno’nun ölüm səbəbi barədə məlumat verilməyib, ailəsinə və yaxınlarına başsağlığı ifadə olunub.

1959–1971-ci illər arasında “kral klubu”nun formasını 11 mövsüm geyinən Manolin Bueno, Real Madrid ilə 2 Çempionlar Liqası, 1 Qitələrarası Kupa, 8 La Liqa2 İspaniya Kuboku qazanıb.

Peşəkar karyerası ərzində Real Madridlə yanaşı, KadisSevilya klublarında da çıxış edən Bueno, həmçinin İspaniya milli komandasının aşağı yaş qruplarında forma geyinib.