Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Neftçi” heyətini braziliyalı hücumçuyla gücləndirir

07 Fevral 2026, 23:12 İdman 16 baxış
“Neftçi” heyətini braziliyalı hücumçuyla gücləndirir

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Xəbərin.az xəbər verir ki, paytaxt təmsilçisi Kiprin “Etnikos” klubunda çıxış edən 27 yaşlı vinger Breno Almeydanı transfer edib.

Braziliyalı futbolçu ilə 2,5 illik müqavilə imzalanması planlaşdırılır. Artıq Bakıya gələn Breno Almeyda klubun bazasında yerləşib və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atması gözlənilir.

Transferin yaxın günlərdə klub tərəfindən açıqlanacağı bildirilir.