Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək

07 Fevral 2026, 22:50 Dünya 15 baxış
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər edəcək.

Xəbərin.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.

Məlumata görə, fevralın 11-də Vaşinqtonda Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir.

Görüşün əsas mövzusu ABŞ ilə İran arasında aparılan danışıqlar olacaq.