Rusiya Ukraynanın İvano-Frankovsk vilayətindəki Burştin istilik elektrik stansiyasına (İES) hücum edib.
Xəbərin.az xəbər verir ki, bu barədə Burştin meri Vasili Andreyeşin məlumat verib.
Mer qeyd edib ki, raket hücumları nəticəsində stansiyaya ciddi ziyan dəyib:
“Stansiyanın hazırda enerji istehsalı sıfıra bərabərdir. Bundan sonra necə olacağını bilmirik”.