Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

İosif Stalini canlandıran məşhur aktyor vəfat etdi

07 Fevral 2026, 21:53 Gündəm 16 baxış
İosif Stalini canlandıran məşhur aktyor vəfat etdi

Keçmiş SSRİ lideri İosif Stalini müxtəlif filmlərdə canlandıran, SSRİ və Rusiya aktyoru, ssenarist, prodüser İqor Quzun vəfat edib.

Xəbərin.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, aktyor fevralın 6-da, 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Quzun “Şam ağacı-10”, “Master və Marqarita” filmlərində, həmçinin “Ev Həbsində” serialında canlandırdığı obrazla məşhurlaşmışdı.