Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Hindistanda attraksion çöküb, ölən və yaralananlar var

07 Fevral 2026, 21:48 Dünya 9 baxış
Hindistanda attraksion çöküb, ölən və yaralananlar var

Hindistanın şimalında, Haryana ştatının Faridabad şəhərində keçirilən yarmarkada attraksionun çökməsi nəticəsində azı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Xəbərin.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 18:15-də Surajkund yarmarkasında baş verib.

Attraksionun çökməsi zamanı digər şəxsləri xilas etməyə çalışan polis müfəttişi həlak olub.

Hadisə nəticəsində xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.