Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Cüdoçumuz Parisdə qızıl medal qazandı

07 Fevral 2026, 21:11 Ölkə 12 baxış
Cüdoçumuz Parisdə qızıl medal qazandı

Xəbərin.az məlumat verir ki, Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Buna Balabəy Ağayev (60 kq) nail olub.

27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.