Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Orban: Ukraynanın Avropa İttifaqına üzvlüyü istisna olunur

07 Fevral 2026, 21:00 Dünya 9 baxış
Orban: Ukraynanın Avropa İttifaqına üzvlüyü istisna olunur

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı Ukrayna ilə strateji tərəfdaşlıq sazişi imzalaya bilər, lakin Kiyevin Aİ-yə üzvlüyü mümkün deyil.

Xəbərin.az xəbər verir ki, Orban bu fikirləri Sombatey şəhərində keçirilən seçkiqabağı tədbirdə çıxışı zamanı səsləndirib.

“Ukraynalılarla həm onlara, həm də bizə fayda verən əməkdaşlıq forması qurmaq lazımdır. Amma üzvlükdən danışmaq olmaz”, – deyə Macarıstan hökumətinin başçısı vurğulayıb.