Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə tarixinin ardından yeni bir dövr başlanır. Son altı ay ərzində ölkələrimiz sülh şəraitində yaşamayı öyrənir və tarixi sülh müqaviləsi vasitəsilə qarşılıqlı əməkdaşlıq və etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu proses yalnız iki ölkə üçün deyil, həm də bölgə və beynəlxalq aləmdə sülh və stabilliyin gücləndirilməsinə töhfə verir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş üçtərəfli sammit və imzalanan sənədlər uzunmüddətli və əbədi sülhün təminatına mühüm dəstək olmuşdur.
Xəbərin.az xəbər verir ki, Məsələ ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə öz fikirlərini bölüşüb:
"Bu mükafatın cənab Prezidentə təqdim olunması ona göstərilən yüksək etimadın, beynəlxalq hörmət və rəğbətin bariz ifadəsidir. Çünki cənab Prezident regionumuza sülh və sabitlik gətirmək istiqamətində dünyaya nümunə göstərmiş, torpaqlarımızın azad olunmasına nail olmaqla yanaşı, eyni zamanda davamlı sülhün möhkəm təməlini formalaşdırmışdır".
Digər tərəfdən, bu sülh prosesində Donald Trampın da mühüm rolu danılmazdır. Xüsusilə TRİPP” dəhlizinin bir təşəbbüs kimi irəli sürülməsi, onun biznes və kommersiya layihəsi formatında təqdim edilməsi, hazırda isə Amerika tərəfinin bu layihəyə verdiyi ciddi dəstək regionda davamlı sülhə əlavə töhfə kimi qiymətləndirilə bilər.
Bu baxımdan, Trampın yanaşması və siyasi mövqeyi də mühüm əhəmiyyət kəsb etmişdir. Onun təşəbbüsləri həm Zəngəzur dəhlizinin inkişafına, həm də ümumilikdə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən vacib amillərdən biri olmuşdur".