Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Mançester Yunayted" dayanmır

07 Fevral 2026, 20:07 İdman 12 baxış
"Mançester Yunayted" dayanmır

İngiltərə Premyer Liqasında XXV turun oyunları davam edir.

Xəbərin.az xəbər verir ki, günün ilk matçında “Mançester Yunayted” doğma meydanda “Tottenhem”i qəbul edib. “Qırmızı şeytanlar” Maykl Kerrikin rəhbərliyi altında ardıcıl dördüncü qələbəsini qazanıblar. Ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, “Mançester Yunayted” “Tottenhem” üzərində son qələbəsini 2022-ci ilin oktyabr ayında eyni hesabla əldə etmişdi. Həmin qarşılaşmadan sonra komandalar arasında keçirilən 8 oyunda “Yunayted” 3 heç-heçə edib və 5 dəfə məğlub olub.