Xəbərin.az - Operativ Xəbər Portalı
19 Aprel 2026, Bazar

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

07 Fevral 2026, 16:05 Ölkə 23 baxış
Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Naxçıvan şəhərinin Tumbul kəndini mavi yanacaqla təmin edən boruda sızma yaranıb.

Xəbərin.az AZƏRTAC-a istinadən xəbər verir ki, sızmanın aradan qaldırılması məqsədilə 550 abonentin təbii qaz təchizatında məhdudiyyət olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra kəndə qazın verilişi bərpa ediləcək.