Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Barselona" Superliqa ilə yollarını ayırıb

07 Fevral 2026, 15:56 İdman 20 baxış
"Barselona" Superliqa ilə yollarını ayırıb

"Barselona" klubu Avropa Superliqası layihəsini tərk edib.

Xəbərin.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Kataloniya təmsilçisi bununla bağlı xüsusi açıqlama verib:

"Barselona" klubu bu gün Avropa Superliqası Şirkətinə (European Super League Company) və layihədə iştirak edən digər klublara layihədən rəsmi şəkildə çıxdığı barədə bildiriş göndərib".

Qeyd edək ki, Avropa futbolunda yeni eranın başlanğıcı sayılan Superliqanın yaradılması barədə rəsmi elan 2021-ci ildə verilmişdi. "Barselona" Superliqanın 12 təsisçisindən biri kimi çıxış edirdi.