Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Güllələnən müəllimin atası danışdı

07 Fevral 2026, 15:49 Gündəm 18 baxış
Güllələnən müəllimin atası danışdı

“İdrak” liseyində silahlı insident nəticəsində güllələnən müəllim Şəhla Kamilovanın atası Fəqani Kamilov danışıb.

Xəbərin.az xəbər verir ki, o, AzTV-yə qızının əməliyyatdan sonrakı durumu haqda məlumat verib.

“Bədənində, boynunda 16 qırma var idi. İndi yaxşıdır. Palataya köçürüləcək. Demək istəyirəm ki, bildi, bilmədi, sosial şəbəkədə nə gəldi yazırlar. Prokurorluq rəsmi açıqlama verər”, - ata bildirib.